Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə”də gümüş medal qazanıb.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Türkiyə təmsilçisi Mixael Zqanka uduzub.
Sonuncu yarış günündə mübarizəyə qoşulmuş Vüqar Talıbov (90 kq) və Uşangi Komauri (+100 kq) mükafat əldə edə bilməyib.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) gümüş medala sahib çıxıb.