Daha bir bank ləğv olunur

Daha bir bank ləğv olunur

Azərbaycanda daha bir bankın ləğv olunması prosesi başlayır.

“Yaxın vaxtlarda ‘United Credit Bank’ının ləğvetmə prosesinə başlanacaq” deyə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

“United Credit Bankı”nın ləğv edilməsi ilə bağlı məhkəmə prosesləri icra olunur. Bu həftənin əvvəlində biz məhkəmə qərarını aldıq. Bu proseslər prosessual olaraq uzanırdı.

Çünki bir neçə məhkəmə instansiyasından keçir. Əslinə qalsa, bu məhkəmə sisteminə deyil, məhkəmə prosedurlarına dair olan bir məsələ idi. Hazırda ləğvedici təyin olunmalıdır.

Bundan sonra bankda real ləğvetmə prosesinə başlayacağıq. Yəqin ki, gələn həftə biz bu məsələni müzakirə edəcəyik”, – deyə o vurğulayıb.