Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı hərbçi həlak olub.
AzerTimes xəbər verir ki, bu haqda “Birlik” Odessa Azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu özünün rəsmi Feysbuk səhifəsində məlumat yayıb.
“Səid Vasif oğlu Hüseynov könüllü şəkildə Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qatılıb və Nikolayev istiqamətində gedən döyüşlərdə həlak olub”, – məlumatda bildirilib.