Xəbər - Çingiz Səfərli – Trend:
Bakıda 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Qida Təhlükəsizliyi Agentliyindən AzerTimes-a verilən məlumata görə, ötən gün ölkə üzrə 396 ictimai iaşə obyektində 682 monitorinq keçirilib. 9 müəssisədə aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, 28 Mall-da yerləşən, hüquqi şəxs “Panchos Mexicana” MMC-yə məxsus “Zirinc” restoran;
2. Bakı şəhəri, Nəsimi rayonu, Ə. Topçubaşov küçəsi 23 ünvanında yerləşən, fiziki şəxs Əliyev Baba Rəvayət oğluna məxsus kafe;
3. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh kardioloji sanatoriyasında yerləşən, fiziki şəxs Musayev Rəşad Müsənnif oğluna məxsus “Happy Days” kafes;
4. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, B.Əliyev 18 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Murad Şirzad oğluna məxsus kafe;
5. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, B.Əliyev 18 ünvanında yerləşən, fiziki şəxs Həsənov Adil İbrahim oğluna məxsus “Xəzri” restoran;
6. Bakı şəhəri, Qaradağ rayonu, Bakı Salyan şosesi 14 km-liyində yerləşən fiziki şəxs İsmayılova Xatirə Əhməd qızına məxsus çay evi;
7. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 3 ünvanında yerləşən hüquqi şəxs “Şah-Ət” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
8. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 3v ünvanında yerləşən hüquqi şəxs “ROBOCHEF” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “ROBOCHEF” restoran;
9. Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə 2 ünvanında yerləşən hüquqi şəxs “Fbco” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Gloria Jeans Coffees” kafe.
Twitter:@cingizsafarli