Daha 60 peşə və kvalifikasiya standartı təsdiqlənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək bazarında prioritet peşələr üzrə peşə və kvalifikasiya standartlarının hazırlanması işləri davam edir.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, son vaxtlarda İKT, emal sənayesi, ictimai iaşə, tikinti və s. sahələr üzrə daha 60 peşə və kvalifikasiya standartı hazırlanıb. Nazirlikdə keçirilən Kollegiya iclasında belə deyilib.

Qeyd edilib ki, peşə və kvalifikasiya standartları peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə, işçi qüvvəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Son illərdə artıq 360-dək standart hazırlanaraq təsdiqlənib, ilin sonuna qədər bu göstəricinin 1000-ə çatdırılması nəzərdə tutulur.


Həmçinin “Radiasiya təhlükəsizliyi məsələləri üzrə əməyin mühafizəsi Qaydaları”, eləcə də “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın yeni layihələri hazırlanıb.

İclasda yeni standartlar təsdiq edilib, layihələr müzakirə olunub.

Teqlər: