Xəbər - Samir Əli – Trend:
“YAŞAT” Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilərimiz Elnur Bədirovun, Rahil Mahmudovun, Emil Şəmmədovun, Uğur Əliyevin, Fərhad Həsənovun və Nicat Əmirlinin əməliyyat xərcləri qarşılanıb.
Bu barədə AzerTimes-a fonddan məlumat verilib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.