Daha 59 nəfərin diplomu tanınmadı

Daha 59 nəfərin diplomu tanınmadı

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə əlaqədar aprel ayı üzrə 371 müraciətçinin 312-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 59 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə AzerTimes-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 51, digər səbəblər üzrə 8 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 135, Rusiya Federasiyasından 83, Türkiyə Respublikasından 78, Gürcüstandan 35, Birləşmiş Krallıqdan 17, digər ölkələrdən isə 23 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 49, maliyyə üzrə 49, biznesin idarə edilməsi üzrə 38, menecment üzrə 34, beynəlxalq münasibətlər üzrə 18 müraciətçi qeydə alınıb.

Teqlər: