Xəbər - Humay Ağacanova -Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Vətən müharibəsi əlilləri də daxil olmaqla daha 52 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq (valideynlərindən birinin müşayiəti ilə) sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasına yola salınaın həmin şəxslərdən bir hissəsi xəstəliklərinə uyğun olaraq “Duzdağ” Fizioterapiya Mərkəzi və “Darıdağ” Arsenli Su Müalicəxanasında, digər hissəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicəsi prosedurları keçəcəklər.
2021-ci ilin ötən dövründə Sosial Xidmətlər Agentliyi tərəfindən ümumilikdə 1678 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.