Xəbər - Çingiz Səfərli – Trend:
“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən 45 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Twitter:@cingizsafarli