Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Sosial Xidmətlər Agentliyi postmüharibə dövründə daha 40 nəfər
müharibə əlilini peşə reabilitasiyasına cəlb edib.
AzerTimes-ın məlumatına görə,
onlar üçün Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası
Mərkəzində müxtəlif peşələr üzrə kurslar təşkil olunub. Bir qrupu
kursları bitirərək müvafiq peşə şəhadətnamələri əldə ediblər.
Digərlərinin isə peşə-reabilitasiya kursları davam edir.
Peşə kursu keçən qazilərdən 3 nəfəri Türkiyənin Antalya
şəhərində əlilliyi olan şəxslər üçün keçirilən tədbirdə də iştirak
ediblər.
Mərkəzə qəbul olunanlar peşə təlimində olduqları müddətdə burada
dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və
s. ilə də təmin olunurlar.