Xəbər - Samir Əli – Trend:
Vətən müharibəsində ağır yaralanan daha 4 qazimiz “YAŞAT” Fondu
tərəfindən Türkiyəyə göndərilib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə,
qazilərimiz Ömərov Rüstəm Çianşa oğlu, Yusifov Elnur Xanlar oğlu,
Əliyev Xəzər Ərşad oğlu və Hacıyev Arif Şirvan oğlu Türkiyəyə yola
salınıb.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin
yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq
müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam
etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər
nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır
yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə
göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 165 qazimiz müalicə
üçün Türkiyəyə göndərilib. Onlardan 121-nin müalicə proseduru artıq
uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı
aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond
tərəfindən təmin edilib.