Daha 4 obyektdə pozuntular aşkarlanıb

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Qida Təhlükəsizliyi Agentliyindən AzerTimes-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 31-də ölkə üzrə 408 ictimai iaşə obyektində 683 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami rayonu, Məshəti küçəsi 1A ünvanında yerləşən, fiziki şəxs Verdiyev Samir İlham oğluna məxsus restoran;

2. Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 8K ünvanında yerləşən, fiziki şəxs Cümşüdov Cəsarət Nadir oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nizami rayonu, Z. Bünyadov pr. ilə H. Əliyev pr. kəsişməsində yerləşən, fiziki şəxs Məmmədzadə Nazim Qaçay oğluna məxsus kafe;

4. Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən, fiziki şəxs Məhərrəmov Zakir İsmayıl oğluna məxsus “Term” restoranı.

Twitter:@cingizsafarli

Teqlər: