Xəbər - Çingiz Səfərli – Trend:
Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 29-da ölkə üzrə 411 ictimai iaşə obyektində 689 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 129e, 705-ci məhəllədə yerləşən, fiziki şəxs Mehdiyev Mehman Telman oğluna məxsus çay evi;
2. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 42 ünvanında yerləşən, hüquqi şəxs “Mezzanıne” MMC-yə məxsus “Happy Moons” restoranı;
3. Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küç., ev 67D ünvanında yerləşən, fiziki şəxs Məhərrəmov Zaur Azad oğluna məxsus “Keyfiyyət” kafesi;
4. Gəncə şəhəri, N. Nərimanov pr., ev 7, m. 29 ünvanında yerləşən, fiziki şəxs Haqverdiyev Elşad Abbas oğluna məxsus “Eden” restoranı.