Xəbər - Elçin Mehdiyev – Trend:
Koronavirus əleyhinə daha 4 milyon doza vaksinin Azərbaycana gətirilməsi nəzərdə tutulur.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda koronavirusa qarşı sistemli tədbirlər həyata keçirilir.
O qeyd edib ki, qısa müddət ərzində Azərbaycanda modul tipli xəstəxanalar fəaliyyətə başladı, mövcud xəstəxanalar koronavirusla mübarizəyə cəlb olundu. Komitə sədri bildirib ki, xarici mütəxəsislər də daxil olmaqla ümumilikdə ölkəmizdə koronavirusla mübarizə 44 mindən artıq səhiyyə işçisi cəlb olunub.