Daha 357 Türkiyə vətəndaşı Əfqanıstandan təxliyə edilib

“Taliban” hərəkatının Əfqanıstanı nəzərətə alınmasından sonra Türkiyə vətəndaşlarının öz ölkəsinə təxliyyəsi davam edir.

AzerTimes-ın məlumatına görə, daha 357 nəfər “Türk Hava Yolları” şirkətinin təyyarəsi ilə İstanbula enib.

Məlumata əsasən, onlar Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi ilə Pakistanın paytaxtı İslamabada, oradan da İstanbula çatdırılıb.


Türkiyə vətəndaşlarının Əfqanıstandan çıxarılması əməliyyatı davam edir.