Daha 301 yerli investisiyalı MMC yeni üsulla qeydiyyata alınıb (FOTO)

2022-ci ilin martın 1-nə respublika üzrə uçotda olan 1.352.229
vergi ödəyicisinin 87,9%-i fiziki şəxslər, 12,1%-i faizi hüquqi
şəxslər və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə
müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,8%, o cümlədən fiziki
şəxslərin sayı 10,1%, hüquqi şəxslərin sayı isə 7,8% artıb.

Dövlət Vergi Xidmətindən
Trend
-ə verilən məlumata görə, Yanvar-fevral ayları ərzində
2.163 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 13,2% çoxdur. Həmin kommersiya
qurumlarının 84,9%-i elektron qaydada, 15,1%-i kağız
daşıyıcılarında edilmiş müraciətlər əsasında qeydiyyata alınıb.
2.163 kommersiya qurumundan 89,8%-i yerli investisiyalı, 10,2%-i
xarici investisiyalı müəssisələrdir. 364 kommersiya qurumunun ƏDV
məqsədləri üçün qeydiyyata alınması təmin olunub.

Martın 1-nə dövlət qeydiyyatında olan kommersiya
hüquqi şəxslərin 88,9%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i
səhmdar cəmiyyət, 1,2%-i kooperativ və s. formalarda yaradılıb.

Yanvar və fevral aylarında yerli investisiyalı məhdud
məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 95,3%
təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 301
yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,9%, yerli
investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə
15,6% təşkil edib.

Yanvar-fevral aylarında fəaliyyəti aktivləşmiş (bərpa
edilmiş) hüquqi şəxslərin sayı əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 25,4%, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı
29,5% artıb. Martın 1-nə dövlət qeydiyyatında olan 147.874
kommersiya qurumundan 89.128-nin vəziyyəti aktiv olub. 2021-ci ilin
müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı
12,2% artıb, xüsusi çəkisi isə artaraq 60,3%-ə çatıb.

Mart ayının 1-nə 320 publik hüquqi şəxs, 17.082 xarici
investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.
Xarici investisiyalı kommersiya hüquqi şəxslərin 11.544-nün
fəaliyyəti aktivdir, 4.631-nin fəaliyyəti dayandırılıb, 907-i isə
ləğv edilib. Fəaliyyəti aktiv xarici investisiyalı kommersiya
qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5%
atıb.

Twitter:@FaridZohrabov

Teqlər: