Ermənistanı daim qarşıdurma şəraitində yaşamağa çağıran insanlar ölkənin mövcudluğunu şübhə altına alırlar.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistanın yaxın 30 ildə də qarşıdurma rejimində yaşamasını istəyən şəxslər var:
“Mən kiminsə istəklərini, fikirlərini qiymətləndirmək istəmirəm. Niyyətlər yaxşı, konstruktiv ola bilər, amma söhbət mümkün nəticələrdən gedir. Səhvlərindən dərs almış, öhdəliyi olan bir məmur kimi deyə bilərəm ki, kimsə Ermənistanın qarşıdurma rejimində yaşamalı olduğunu deyirsə, o, əslində dövlətin özünü şübhə altına alır. Mən demirəm ki, bu adamlar bunu istəyir, amma nəticəsi olacaq”.