Xəbər - Zeyni Cəfərov – Trend:
Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində daha üç bank Ani Ödənişlər Sisteminə inteqrasiya olunub.
Trend bu barədə Mərkəzi Banka istinadən məlumat verir.
Qeyd olunur ki, “Bank Respublika” ASC, “Paşa Bank” ASC və Bank “BTB” ASC yeni infrastruktura qoşulub və öz müştərilərinə ani ödənişlər sisteminin yararlanmaq imkanını təqdim ediblər.
Hazırda 19 bank Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub.
(Tərcümə: Orxan Nəbiyev)