Türkiyə ordusunun 2 əsgəri Suriyada həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Fərat qalxanı” əməliyyatı bölgəsində PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə ordusunun 2 hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı Türkiyə xalqına bağsağlığı verir”, – məlumatda bildirilib.