Daha 2 min məntəqəni azad etməliyik – Zelenski

Daha 2 min məntəqəni azad etməliyik – Zelenski

Ukrayna Silahlı Qüvvələri rus ordusu tərəfindən ələ keçirilən daha 2 minə yaxın yaşayış məntəqəsini işğaldan azad etməlidir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Ümumiyyətlə, iki minə yaxın şəhər və kəndimiz var ki, onları hələ işğaldan azad edib bərpa etməliyik. Onların ən azı onlarlası Mariupol və ya Volnovaxa kimi rus ordusunun zərbələri ilə tamamilə məhv edilib”, – Zelenski qeyd edib.

Teqlər: