İsveçrədə keçirilən sülh sammitində iştirakçıların sayı 93-dən 78-ə endirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Azadlıq” radiosu diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbə iştirakçılar siyahısından hansı ölkələrin və ya təşkilatların çıxdığını dəqiqləşdirməyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Ofisi sülh sammitində 107 ölkə və təşkilatın iştirak edəcəyini bildirmişdi.