Daha 144 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Aprel ayının 19-25-i tarixlərində 144 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, “YAŞAT” Fondu tərəfindən bu tarix ərzində 12 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə 55 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 29 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 46 şəxsin tibb xərclərinin ödənilməsi və 5 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.

Teqlər: