Daha 13 kənd işğaldan azad edildi

Daha 13 kənd işğaldan azad edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının bir sıra kəndlərinin işğaldan azad edildiyini elan edib.

“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”