2023-cü ilin əvvəlindən Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün rusiyalı əsirlərin cəlb edilməsi sxemini gücləndirib.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təkcə 2023-cü ilin aprelində 10 minə qədər məhkum Rusiya ordusuna cəlb edilib. 2022-ci ilin yayından etibarən məhbuslar “Vaqner” qrupunun Ukraynadakı irimiqyaslı əməliyyatlarına cəlb olunanların əsas mənbəyi olub.