Xəbər - Humay Ağacanova – Trend:
Paytaxtdakı 218 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa
edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzerTimes-a verilən məlumata görə, belə ki,
məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya
Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa
çatıb.
“Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına
qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı
qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn
tələblərə ciddi əməl olunur”,- məlumatda deyilir.