Xəbər - Humay Ağacanova – Trend:
Paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa
edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən
Trend-ə verilən məlumata görə, məktəbin müəllim-şagird
kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi
əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına
qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı
qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn
tələblərə ciddi əməl olunur.