Xəbər - Çingiz Səfərli – Trend:
Respublikanın dağlıq və dağətəyi rayonlarında istilik mövsümü başlayıb.
AzerTimes-ın məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən hər il noyabrın 1-də dağlıq və dağətəyi rayonlarında istiliyin verilməsinə başlanılır.
Digər ərazilərdə və Bakıda isə istilik mövsümü noyabrın 15-dən başlayır.
Qeyd edək ki, hazırda “Azəristiliktəchizat” ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir.
Twitter: @cingizsafarli