Dağıstanın Xasavyurt şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.
Yeraltı təkanlar 27 kilometr dərinlikdə meydana gəlib.
Tələfat və dağıntı barədə məlumat yoxdur.