Dağıstanda “Qazel” markalı avtomobil yük maşını ilə toqquşub.
AzerTimes xəbər verir ki, qəza nəticəsində biri uşaq olmaqla 7 nəfər ölüb, 5-i xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, qəzaya minik avtomobilinin 60 yaşlı sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.
Bildirilib ki, “Qazel”də olan sərnişinlər toya gedirmiş.