Dövlət Dumasının Dağıstandan olan deputatı Abdulhakim Hacıyev terror aktlarında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətlərinin birbaşa əli olduğunu bildirib.
AzerTimes xəbər verir ki, bu barədə o, Teleqram səhifəsində yazıb.
Onun fikrincə, xüsusi əməliyyatda əldə olunan uğurlar fonunda Rusiya Federasiyasında vəziyyəti sarsıtmaq məqsədi ilə bu teraktlar törədilib:
“Dağıstan rəhbəri vəziyyətə nəzarət edir, lazımi qərarlar alınır, terrorçuların tutulması və məhv edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bütün terrorçular məhv ediləcək. İşləyin, qardaşlar!”