Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyanın Dağıstan Respublikasında son bir ay ərzində üç kənd koronavirus infeksyası ilə əlaqədar karantinə bağlanıb.
AzerTimes-ın məlumatına görə, Dərbənd rayonunda 1 700 nəfər sakini olan Muqartı kəndinə iyulun 29-dək giriş-çıxış qadağan edilib.
Bundan əvvəl isə Akuşinsk rayonunun Qapşima və Serqokalinsk rayonunun Uraxi kəndləri karantinə bağlanmışdı.
Qeyd edək ki, ümumilikdə bu günədək Dağıstanda 40 minə yaxın koronavirusa yoluxma faktı qeydə alınıb.