Dağıstanda qanunsuz fəaliyyətdə iştirak edən 83 nəfər saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Daxili İşlər Nazirliyi, FTX və Dağıstan Respublikası üzrə İstintaq İdarəsi Mahaçqala şəhərinin hava limanında kütləvi iğtişaşların təşkilatçıları və fəal iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini və istintaq hərəkətlərini davam etdirir. Hazırda qanunsuz fəaliyyətdə iştirak etmiş 83 nəfər saxlanılıb”, – məlumatda deyilir.
Qeyd edək ki, ötən gün Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.