Dağıstanda müəllimlərə Vatsap sosial şəbəkə platformasından imtina etmək tövsiyyə olunub.
AzerTimes xəbər verir ki, bu barədə respublikanın Təhsil və Elm Nazirliyindən məlumat verilib.
Müəllimlərə Rusiya Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin birgə hazırladığı “Sferum” paltformasına keçmək məsləhət görülüb.