Mahaçqalada yanacaqdoldurma məntəqəsində insan ölümü ilə nəticələnən partlayışdan dolayı Dağıstanda 28 sentyabrda matəm elan olunub.
AzerTimes xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Sergey Məlikov Teleqramda məlumat verib.
“28 sentyabrda Dağıstanda matəm elan etmək qərarına gəldim. Evlərinə kədər gələnlərə bir daha başsağlığı verirəm”, – deyə Məlikov bildirib.