Dağıstanın Çarodinski rayonunun Alçunib dağ kəndində güclü yağış və sel nəticəsində 15-ə yaxın evi su basıb.
AzerTimes xəbər verir ki, bu barədə kəndin başçısı Abusupiyan Maqomedxanov məlumat verib.
“Səhərdən saat 11-ə kimi yağan güclü yağış nəticəsində rayonun Alçunib kəndini sel basıb. Kəndin ərazisindən keçən Vera çayı öz məcrasından çıxıb. Alçunibdən keçən və onu qonşu qəsəbə ilə birləşdirən bələdiyyə yolu da daşlarla dolub. Nəqliyyat əlaqəsi kəsilib”, – Maqomedxanov bildirib.