Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanır.
AzerTimes Teleqram kanallarına istinadən xəbər verir ki, izdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarədir.
Məlumata görə, hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.
Polis toplaşanlara müdaxilə etmir. Bununla yanaşı, Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib.