Dağıstanda səfərbərlik əleyhinə etiraz aksiyaları keçirilir.
AzerTimes xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Endirey yaşayış məntəqəsinin sakinləri Xasavyurd-Mahaçqala yolunu bağlayıblar.
Hüquq-mühafizə orqanları ilə etirazçılar arasında toqquşmalar baş verib. Polisin sakinlərə atəş açdığı bildirilir.