Cəlilabad rayon sakini Rusiyanın Dağıstan Respublikasında baş verən bədbəxt hadisə nəticəsində həlak olub.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə respublikanın Qarabudaqkənd rayonunda qeydə alınıb.
Belə ki, hadisə tikilməkdə olan binaya beton örtüyü tökülən zaman baş verib. Nəticədə Cəlilabad rayonunun Təklə kənd sakini 1997-ci il təvəllüdlü Hilal Həsənov uçqun altında qalaraq həlak olub.
Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn olunub.