Dağıstan Respublikasının başçısı istefaya göndərildi

Dağıstan Respublikasının başçısı istefaya göndərildi

Rusiya Prezidenti Vladimir Putin Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevin istefası ilə bağlı fərman imzalayıb.

Vladimir Putin senator Sergey Melikovu Dağıstanın müvəqqəti rəhbəri, Vladimir Vasilyevi isə özünün müşaviri vəzifəsinə təyin edib.

Qeyd edək ki, Vladimir Vasilyev 2018-ci ilin sentyabr ayından etibarən Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edib.