Dağıstan rəhbəri səfərbərlik çağırışına qəzəbləndi – Video

Dağıstan rəhbəri səfərbərlik çağırışına qəzəbləndi – Video

Dağıstanın rəhbəri Sergey Məlikov Dərbənddəki hərbi komissarlığın fəaliyyətini sərt tənqid edib.

AzerTimes xəbər verir ki, o, Dərbənddəki hərbi komissarlığın müraciətlərinə sərt reaksiya verib.

Melikov Dağıstan Təhlükəsizlik Şurasının iclasında səs yazısını göstərərək Dərbənd hərbi komissarının hərəkətlərinin yolverilməz olduğunu bəyan edib.

“Mənə deyə bilərsənmi bu axmaqlar nədir? “Bütün kişi vətəndaşlar təcili olaraq hərbi komissarlığa gəlməlidirlər, onların yanında hərbi bilet də olmalıdır…”. Siz nəsiniz, axmaqlar… Onlara şəhəri gəzməyə kim icazə verib?”, – deyə o, sərt tənqid edib.

Dağıstanın rəhbəri qeyd edib ki, komissarlığın səhvi əslində saxta məlumatların yayılması deməkdir.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə şəhərin küçələri ilə hərəkət edən avtomobildən səsgücləndiricilərlə “bütün kişi vətəndaşlar hərbi komissarlığa” çağırışı edilib.

Teqlər: