Dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edildi

Dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edildi

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yer təkinin istifadə qaydalarının pozulmasına qarşı monitorinq tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri monitorinq zamanı rayonun Əmirvar kəndi ərazisində qanunsuz olaraq “Kamaz” markalı yük avtomobili ilə dağ süxurunun daşınması faktı aşkarlanıb.

Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci ( İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub.

Bundan başqa şöbə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşları ilə birlikdə keçirdikləri monitorinq zamanı rayonun Quşçu kəndi qalaqlanmış və yandırılmış məişət tullantıları aşkarlanıb.

Faktla ETSN-in əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılıb.

Teqlər: