Goranboy rayonunun ucqar kəndlərinə dolu düşüb, əkin sahələrinə, meyvə ağaclarına zərər dəyib.
AzerTimes Report-a istinadən xəbər verir ki, günorta saatlarında yağan leysan sonradan güclü doluya çevrilib.
Nəticədə meyvə ağacları, əkin sahələri və digər təsərrüfatlar ziyan görüb.
Qeyd edək ki, yağıntılı hava şəraiti Qərb bölgəsinin digər dağ rayonlarında da müşahidə olunub.