Qarlı, şaxtalı havada elektrik enerjisinin verilişində yaranan
qəzalar aradan qaldırılır.
“Azərişıq” ASC-dən AzerTimes-a
verilən məlumata görə, xüsusilə güclü qar yağan ucqar dağ
kəndlərində işlərin çətinliyinə baxmayaraq, tapşırıqlar icra
edilir.
“Onu da qeyd edək ki, öncədən bütün ərazilərə əlavə mal-material
göndərilib və maşın-mexanizmləri cəlb edilib”, – məlumatda
bildirilir.