Yanvarın 26-da Serbiya xarici işlər naziri İvitsa Daçiç Türkiyəyə səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Qeyd olunub ki, səfər çərçivəsində Türkiyə və Serbiyanın XİN rəhbərləri ikitərəfli münasibətlərin səviyyəsini və əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəklər.