CV yarat platformasında artıq 5206 vətəndaş qeydiyyatdan keçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən CV hazırlamaqda çətinlik çəkən vətəndaşlara dəstək olmaq məqsədilə yaradılan CV yarat platforması vasitəsilə 3503 nəfər CV tərtib edib. Ümumilikdə isə, istifadəyə verildiyi 2 ay ərzində platformada 5206 vətəndaş qeydiyyatdan keçib.

Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentindən AzerTimes-a bildirilib ki, platformadan istifadə bütün hədəf qrupları üçün nəzərdə tutulub. İstifadəçilər www.cvyarat.az portalında qeydiyyatdan keçərək, anket formasında şəxsi məlumatları, təhsil barədə məlumatları, iş təcrübəsini və peşəkar CV üçün önəmli digər məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bilirlər.

Anket formasının hər addımında CV-ni maksimum cəlbedici etmək, istifadəçinin bilik, bacarıq və təcrübəsini, peşəkar həyatında olan uğurları və güclü tərəflərini düzgün nümayiş etdirmək üçün məsləhətlər verilir.

Teqlər: