Bu gün İranın Fars əyalətinin Kazetun şəhərində cümə namazı zamanı silahlı şəxs cümə imamı Məhəmməd Sabahiyə atəş açıb.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, cümə imamı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hücumçu isə özünü öldürüb.
Onun kimliyi barədə açıqlama verilməyib.