“Vikiliks”in rəhbəri Culian Assanc 2019-cu ildən saxlanıldığı Britaniyanın Belmarş həbsxanasından çıxaraq ölkəni təyyarə ilə tərk edib.
AzerTimes xəbər verir ki, bu barədə “Vikiliks ” X hesabında məlumat yayıb.
“O, 1901 gün keçirdiyi Belmarşı iyunun 24-ü səhər tərk edib. London Ali Məhkəməsi onu girov müqabilində buraxıb. Assanc Stansted aeroportuna gedib, təyyarə ilə Böyük Britaniyanı tərk edib”, – məlumatda qeyd olunub.