Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-keçid məntəqəsinin gömrükçüləri vətəndaşlara öz mallarını arabayla daşımağa icazə vermir.
AzerTimes Yenipress.az-a istinadla xəbər verir ki, bu barədə əslən Naxçıvandan olan ekspert Heydər Oğuz görüntülər yayıb.
O bildirib ki, buna görə vətəndaş məcbur qalıb malları belinə yükləyərək sərhəddən keçirir.
Xatırladaq ki, Naxçıvan Gömrük Komitəsi ləğv edilib, onun bazasında mərkəzə tabe Baş İdarə yaradılıb.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu verilib.