Cüdoçumuz İrina Kindzerska Tokio Olimpiadasına qələbə ilə başlayıb

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio Olimpiadasına qələbə ilə başlayıb.

AzerTimes-ın məlumatına görə, 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı səkkizdəbir final mərhələsində Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib.


Rəqibinə ipponla qalib gələn cüdoçumuz dörddəbir finalda Mijin Hanla (Koreya Respublikası) üz-üzə gələcək.

Teqlər: