Azərbaycanın yeniyetmə cüdoçusu Məhəmmədəli Hüsiyev (55 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
AzerTimes xəbər verir ki, idmançı üçüncü yer uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Şavarş Nahapetyanla üz-üzə gəlib.
Rəqibə qalib gələn Hüsiyev yarışda üçüncü yeri tutub.